Səməd Seyidov: "Bəzi QHT-lər İşçi Qrupun fəaliyyətini "siyasi məhbus"larla əlaqələndirməyə cəhd göstərirlər"

Səməd Seyidov: "Bəzi QHT-lər İşçi Qrupun fəaliyyətini "siyasi məhbus"larla əlaqələndirməyə cəhd göstərirlər" "Biz buna yol verə bilmərik"
Daxili siyasət
15 Aprel , 2015 11:44
Səməd Seyidov: Bəzi QHT-lər İşçi Qrupun fəaliyyətini siyasi məhbuslarla əlaqələndirməyə cəhd göstərirlər
Səməd Seyidov

Bakı. 15 aprel. REPORT.AZ/ "Bəzi QHT-lər İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun fəaliyyətini "siyasi məhbus"larla əlaqələndirməyə cəhd göstərirlər. Bu onların marağında olan məsələdir. Amma Birgə İşçi Qrupun fəaliyyətini yalnız "siyasi məhbus"larla bağlamaq doğru deyil. Biz buna yol verə bilmərik". Bunu "Report"a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Səməd Seyidov deyib. 

S.Seyidov bildirib ki, Birgə İşçi Qrup Prezident İlham Əliyev və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə yaradılıb: "Amma bəzi maraqlı dairələr bunu başqa formada təqdim etməyə cəhd göstərirlər. İşçi qrupun adı da insan haqqları ilə bağlıdır. Ona görə də bəzi QHT-lərin Birgə İşçi Qrupla bağlı verdikləri bəyanatların heç bir əhəmiyyəti yoxdur". 

Onun sözlərinə görə, İşçi Qrupun növbəti toplantısının vaxtı məlum olmasa da, fəaliyyətlərini davam etdirirlər. Əfv Komissiyasına siyahı təqdim edəcəkləri haqda yayılan məlumatlara aydınlıq gətirən S.Seyidov bunun İşçi qrupunun səlahiyyətində olmadığını bildirib: "İşçi Qrupunun fəaliyyəti Azərbaycanda və ölkə xaricində insan hüquqları sahəsində olan problemləri müzakirə etməkdir. Bu konteksdə bəzi QHT-lərin "siyasi məhbus" adlandırdıqları şəxslərin məsələsini də müzakirə edirik, zərurət yarananda fikrimizi deyirik".

Bir müddət əvvəl hökumət rəsmiləri, Milli Məclisin deputatları və hüquq müdafiəçilərindən ibarət İnsan Hüquqları üzrə Birgə İşçi Qrup yaradılıb. Qrup insan hüquqlarının durumunu, problemli məhbusların işlərini müzakirə edir. 

Son xəbərlər

Orphus sistemi