Səfa Mirzəyev: “Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 7 il olması dəqiq götürülmüş müddətdir”

Səfa Mirzəyev: “Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 7 il olması dəqiq götürülmüş müddətdir” Milli Məclis Aparatının rəhbəri: “Əgər kimsə üzərinə öhdəlik götürürsə, o zaman ona uzun vaxt verilməlidir ki, həmin işləri başa çatdırsın”
Daxili siyasət
22 İyul , 2016 16:41
Səfa Mirzəyev: “Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 7 il olması dəqiq götürülmüş müddətdir”

Bakı. 22 iyul. REPORT.AZ/ "Həyat çox dinamikləşib. Əvvəllər beş il insana bir ömür kimi gəlirdi. İndi beş il elə gəlib keçir ki, heç bilinmir nə zaman keçdi. Çünki görülən, görüləcək işlər çoxdur, tələblər yüksəkdir. Bu tendensiya o ölkələrdə əmələ gəlir ki, orada hələ tam oturuşma olmayıb və inkişaf perspektivləri çoxdur. Yəni, həmin yerdə o qədər görüləsi işlər var ki, bunu üç, dörd, ya 5 ilə sığdırmaq çətin məsələdir". 

“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, bütün bunlar Azərbaycana da aiddir və ona görə də prezidentin səlahiyyət müddətini uzatmaq lazımdır: "Əgər kimsə öz üzərinə öhdəlik götürürsə, o zaman ona uzun vaxt verilməlidir ki, həmin işləri başa çatdırsın. Hesab edirəm ki, 7 il dəqiq götürülmüş müddətdir. Çünki normal idarəetmə üçün düzgün istiqamət seçmək lazımdır. Düzgün istiqamət olmasa inkişaf mümkün deyil".

Prezidentə Milli Məclisi buraxmaq üçün səlahiyyət verilməsini nəzərdə tutan dəyişikliyə münsaibət bildirən S.Mirzəyev qeyd edib ki, Avropanın bir çox ölkəsində dövlət başçılarının belə bir hüququ var: "Parlament tam iflic vəziyyətinə düşərsə prezident bu səlahiyyətindən istifadə edəcək. Problem ondadır ki, belə vəziyyət yaranarsa bununla bağlı hansı addımların atılması barədə hazırda bizim konstitusiyada heç bir müddəa yoxdur. Məsələn, elə bir şərait yarana bilər ki, seçkilər nəticəsində böyük və kiçik partiyalar yığışaraq koalisiya yarada bilməsinlər. Amma 5 il müddətində belə parlamentlə yaşamaq mümkün deyil". 

S.Mirzəyev vurğulayıb ki, indiyə qədər Azərbaycan parlamentində belə bir vəziyyət yaranmayıb, lakin nəzəri cəhətdən bu mümkündür: "Konstitusiya hər bir hal üçün müəyyən çıxış yolu tapmalıdır. Ona görə də əgər nə vaxtsa belə bir vəziyyət yaranarsa, konstitutsiya imkan verəcək ki, prezident parlamenti buraxsın. 

Bəzi insanlar bu məsələlərə tənqidi yanaşırlar və bunu prezident hakimiyyətinin güclənməsi kimi təqdim edirlər. Bütün bunlar sadəcə boş iftiralardır. Çünki təklif edilən dəyişikliklərdə yer alan əsaslar elə nadir əsaslardır ki, onların mövcud olması parlamentin yaşaması ilə düz gəlmir. Əgər həmin əsaslar olarsa, deməli parlament buraxılmalıdır. Ona görə də təklif edilən dəyişikliklər də heç bir təhlükə görmürəm".  

Son xəbərlər

Orphus sistemi