Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisində (MM) İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatı dinləniləcək. Bu barədə "Report"a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, yaz sessiyasının aprelin 3-də keçirilməsi nəzərdə tutulan plenar iclasında ümumilikdə 23 məsələnin müzakirə edilməsi planlaşdırılır: "İclasda Seçki Məcəlləsinə, "Məhkəmələr və hakimlər haqqında", "Uşaq hüquqları haqqında", "Bələdiyyələrin statusu haqqında", "Polis haqqında", "Dövlət qulluğu haqqında" və digər qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulub".
O, həmçinin qeyd edib ki, növbəti iclasda yeni "Kənd təsərrüfatı informasiya məsləhət xidməti haqqında" qanun layihəsi I oxunuşda, "Reklam haqqında" qanun isə II oxunuşda müzakirəyə çıxarılacaq".