San-Marinonun kapitan regentləri Prezident İlham Əliyevi təbrik edib

San-Marinonun kapitan regentləri Prezident İlham Əliyevi təbrik edib Bakı. 21 aprel. REPORT.AZ/ San-Marino Respublikasının Kapitan Regentləri Stefano Palmieri, Matteo Çiaççi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
21 Aprel , 2018 16:51
San-Marinonun kapitan regentləri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 21 aprel. REPORT.AZ/ San-Marino Respublikasının Kapitan Regentləri Stefano Palmieri, Matteo Çiaççi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Cənab Prezident.

Dövlətlərimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyi bir dövrdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, Sizə ali dövləti vəzifənizin icrasında uğurlar diləyir, Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımızı ifadə edərək, hörmət və ehtiramla ən xoş salamlarımızı və təbriklərimizi çatdırırıq".

Son xəbərlər

Orphus sistemi