Şamaxının icra hakimi kəndlərdə növbəti səyyar görüşlərini keçirib

Şamaxının icra hakimi kəndlərdə növbəti səyyar görüşlərini keçirib Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü rayonun Bağırlı və Hacıqədirli kəndlərində keçirilib.
Daxili siyasət
1 May , 2019 22:26
Şamaxının icra hakimi kəndlərdə növbəti səyyar görüşlərini keçirib

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü rayonun Bağırlı və Hacıqədirli kəndlərində keçirilib.

"Report" xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.

Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bağırlı kənd sakinləri yeni məktəb binasının inşasını, Hacıqədirli kənd sakinləri isə suvarma suyu infrastrukturunun yaradılmasını əsas problem kimi qaldırıb. Vətəndaşlara bu problemlərin Dövlət Proqramları çərçivəsində öz həllii tapacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi