Prezident Şamaxıda təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayırıb

Prezident Şamaxıda təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayırıb Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
12 Sentyabr , 2019 17:44
Prezident Şamaxıda təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev "Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi