Yuxarı

Şamaxı 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib

Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib

Bakı. 2 fevral. REPORT.AZ/ Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.

"Report"un xəbərinə görə, bu barədə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub.

Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

"Gənclər paytaxtı"nın simvolik açarı Şamaxı şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim olunub.

Xatırladaq ki, 2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi