Şahin Əliyev: “Vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir”

Şahin Əliyev: “Vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir” “Venesiya Komissyasının rəyi düzgün deyil”
Daxili siyasət
21 Sentyabr , 2016 17:20
Şahin Əliyev: “Vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir”

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Venesiya Komissyasının rəyi düzgün deyil”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

O bildirib ki, bu rəy Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb: “Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur."

Ş.Əliyev qeyd edib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: “Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. ABŞ-ı hamı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.

PA-nın şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin islahtlarının önündə getməməsi ilə bağlı yazılar dərc olunub: “Nazirlər Kabinetinin institusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.

O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır: “Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentin səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır.”

Son xəbərlər

Orphus sistemi