Yuxarı

Komitə sədri: "Məktəbli qızın intihar etməsi məsələsini kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır"

Şagirdin intiharının araşdırılması ilə bağlı Prezident və Birinci vits

"Bakı şəhəri, 162 nömrəli orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bununla yanaşı, məsələni mahiyyətindən çıxardaraq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur. Burada məsələnin diqqətdən kənarda qalması rəyinin formalaşdırılması da düzgün deyil.

"İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək”, - deyə H.Hüseynova bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi