Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO

Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Saatlı rayonunda izdiham yaşanıb. Sakinlər rayondakı Şəhidlər xiyabanına üz tutub, Vətən uğrunda canlarını fəda edən həmyerlilərinin xatirəsini anıblar.
Daxili siyasət
20 Yanvar , 2020 14:14
Saatlıda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə bağlı Saatlı rayonunda izdiham yaşanıb. Sakinlər rayondakı Şəhidlər xiyabanına üz tutub, Vətən uğrunda canlarını fəda edən həmyerlilərinin xatirəsini anıblar.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Şəhidlər xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyəti, idarə, müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra onların ruhuna dualar oxunub. İnsanlar şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Son xəbərlər

Orphus sistemi