Azərbaycanın baş prokurorunun birinci müavini: "Mixail Qorbaçov istintaqdan yayınıb"

Azərbaycanın baş prokurorunun birinci müavini: "Mixail Qorbaçov istintaqdan yayınıb" Rüstəm Usubov: "İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb"
Daxili siyasət
20 Yanvar , 2017 12:27
Azərbaycanın baş prokurorunun birinci müavini: Mixail Qorbaçov istintaqdan yayınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ “SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”. 

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, hərbçilər əmr əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq  şəhərə daxil olub, dinc əhalini qırıblar: "Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfəri yaralanıb, 814 nəfəri qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib”.

Baş prokurorun birinci müavini xatırladıb ki, Bakıda yetərincə hərbçi olduğu halda 66 minlik qoşun paytaxta yeridilib: “Bunlar SSRİ Müdafiə Nazirliyinin və Daxili Qoşunların hərbçiləri və kursantları idi. Aralarında Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları da var idi. Eyni zamanda onların çoxu ermənilər idi. Hətta yanvarın 24-də Azərbaycan Elmlər Akademiyasının alimləri öldürülüb”.

R.Usubov bildirib ki, Azərbaycanın Dövlət Televiziyasının enerji blokunun partladılması Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya Prokurorluğu araşdırırdı. Azərbaycan Respublikasının Prokurorluğu cinayət işini 14 fevral 1992-ci ildə başlamışdır ki, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm Azərbaycanda, həm Moskvada aparıldı. SSRİ-nin Mərkəzi Komitəsinin 19 yanvarda Bakıya ezam olunmuş rəhbər işçiləri dindirildi. Ancaq Mixail Qorbaçovu və Baqatini dindirmək mümkün olmadı. O, qaçdı gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Mixail Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas işi bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət verib qalanlar məhkəmə məsuliyyətinə cəlb olunacaqlar”.

Son xəbərlər

Orphus sistemi