Rusiya gənclərinin Azərbaycana səfəri başlayır

Rusiya gənclərinin Azərbaycana səfəri başlayır Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Daxili siyasət
24 İyul , 2018 12:18
Rusiya gənclərinin Azərbaycana səfəri başlayır
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib. 

Belə ki, hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.

Bu il də ənənəvi olaraq, 24-29 iyulda nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

Şəfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər. 

Son xəbərlər

Orphus sistemi