Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Bakı. 29 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Daxili siyasət
29 May , 2018 18:49
Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 29 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

R.Rzayev iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

O, Azərbaycanın qazandığı uğurlardan, ölkədəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Rövşən Rzayev ərazilərimizin işğalı zamanı qaçqın və məcburi köçkünlər üçün qardaş Türkiyə tərəfindən edilən humanitar yardımları xatırladıb, bu dəstəyə görə təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral səmimi görüşə və hərtərəfli məlumata görə minnətdarlığını bildirib.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə təbriklərini çatdıraraq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların Türkiyə üçün də qürur mənbəyi olduğunu vurğulayıb. O, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Komitəsinin sədri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi