​ATƏT sədri AXCP və Müsavat Partiyasının rəhbərləri ilə görüşməyəcək

​ATƏT sədri AXCP və Müsavat Partiyasının rəhbərləri ilə görüşməyəcək Onun Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü nəzərdə tutulub
Daxili siyasət
1 İyun , 2015 14:28
​ATƏT sədri AXCP və Müsavat Partiyasının rəhbərləri ilə görüşməyəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb.

"Report"un məlumatına görə, ATƏT sədrinin Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir.

Milli Məclisdə təmsil olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və digər partiyalar görüşə dəvət edilməyib.

AXCP və Müsavatdan "Report"a bildirilib ki, onlara görüşdə iştirakla bağlı dəvət gəlməyib.

Qeyd edək ki, ATƏT sədri İvitsa Daçiçin Azərbaycana səfəri bu gün başlayıb.

Son xəbərlər

Orphus sistemi