Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Prezident İlham Əliyev ilə görüşüb

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Prezident İlham Əliyev ilə görüşüb Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşüb.
Daxili siyasət
21 Dekabr , 2018 15:10
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri Prezident İlham Əliyev ilə görüşüb

Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşüb.

"Report"un xəbərinə görə, görüş dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı baş tutub.

Qeyd olunub ki, bu il Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb və Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.

Bildirilib ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.

Xatırladaq ki, bu il dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib. Bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

Son xəbərlər

Orphus sistemi