Yuxarı

Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək

Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək
© Report/ Firi Salim — Daxili işlər naziri, general-polkovnik Ramil Usubov

Bakı. 8 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbul noyabrın 24-də saat 10:00-da olacaq.  

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi