Yuxarı

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək
Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov

 Bakı. 8 avqust. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər-Rayon Polis Şöbəsində başlayacaq. 

Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi