Yuxarı

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək
© Report/ Firi Salim — Daxili işlər naziri, general-polkovnik Ramil Usubov

Bakı. 4 oktyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabr ayının 27-i saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi