Qubad İbadoğlunun təşkilatında yeni təyinatlar olub - SİYAHI

Qubad İbadoğlunun təşkilatında yeni təyinatlar olub - SİYAHI Hərəkat rəhbəri Müsavat başqanlığına sabiq namizədi özünə müavin təyin edib
Daxili siyasət
11 Aprel , 2015 22:48
Qubad İbadoğlunun təşkilatında yeni təyinatlar olub - SİYAHI

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sərəncam imzalayıb.

Hərəkatdan “Report”a verilən məlumata görə, Q.İbadoğlu bu sərəncamla Müsavat Partiyasından xaric edilən başqanlığa sabiq namizəd Səxavət Əlisoyu Özəl institutlar və sahibkarlarla iş üzrə, Məlahət Mürşüdlünü isə Demokratik təsisatlar və vətəndaş cəmiyyəti ilə iş üzrə müavin təyin edib.

Bundan başqa, Dünyaxanım Cərullayeva ADR İcra Aparatı nəzdində Ümumi işlər departamentinə, Əhliman Abbas Beynəlxalq əlaqələr üzrə departamentə, Hamlet Səfixanlı Maliyyə departamentinə, Rövşən Dəmirli Təşkilati məsələlər üzrə departamentə, Samir Abbaslı isə İnformasiya departamentinə rəhbər təyin olunub.

Son xəbərlər

Orphus sistemi