QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün qrant müsabiqəsi elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün qrant müsabiqəsi elan edib 2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 manat ola bilər
Daxili siyasət
1 Dekabr , 2016 16:35
QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün qrant müsabiqəsi elan edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şura 17 mövzu üzrə layihələri dəstəkləyir:

1) İnsan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər;

2) Açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər;

3) Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər;

4) Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər;

5) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

6) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin aparılması;

7) Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər;

8) İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması;

9) Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər;

10) İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər;

11) Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi;

12) İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;

13) Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;

14) Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər;

15) Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara psixoloji və hüquqi yardımların göstərilməsinə dair təşəbbüslər;

16) Ümumi təhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasına dair təşəbbüslər;

17) Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər .

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 manat ola bilər.

2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu dekabr 1-dən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılacaq.

Son xəbərlər

Orphus sistemi