Yuxarı

Qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirən şəxslərə avtobusları dayanacaqlarda saxlaması qadağan edilir

Qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirən şəxslərə avtobusları dayanacaqlarda saxlaması qadağan edilir
Layinə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə cəza tətbiq ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə və qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

Layinə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi