​“Qeyri-hökumət təşkilatları haqqında” Qanunun tətbiqi ilə bağlı dəyişikliklər edilib

​“Qeyri-hökumət təşkilatları haqqında” Qanunun tətbiqi ilə bağlı dəyişikliklər edilib Dövlət başçısı dəyişikliklər edilməsi haqqında fərman imzalayıb
Daxili siyasət
20 May , 2015 06:36
​“Qeyri-hökumət təşkilatları haqqında” Qanunun tətbiqi ilə bağlı dəyişikliklər edilib

Bakı. 20 may. REPORT.AZ/ Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 716; 2009, № 12, maddə 988; 2010, № 11, maddə 966; 2013, № 7, maddə 808; 2014, № 7, maddə 819) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “ikinci cümləsində,” sözlərindən sonra “24-2.1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;

2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanununun 24-1.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir”.

Son xəbərlər

Orphus sistemi