Qərb bölgəsində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimləri təşkil olunub - VİDEO

Qərb bölgəsində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimləri təşkil olunub - VİDEO Azərbaycanın Qərb bölgəsində də ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Daxili siyasət
12 Dekabr , 2019 20:02
Qərb bölgəsində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimləri təşkil olunub - VİDEO

Azərbaycanın Qərb bölgəsində də ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, anım günü ilə əlaqədar olaraq, Gəncə şəhərində Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının işçiləri, idarə və təşkilatların kollektivləri, tələbələr və şəhər sakinləri ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Qeyd olunub ki, Gəncə daim ümummilli liderin diqqət və qayğısını hiss edib. Respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə bu böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Heydər Əliyev Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına stimul yaradıb. Elə bu səbəbdəndir ki, Gəncə Heydər Əliyevə məhəbbətin mərkəz şəhəri adlandırılır.

Anım mərasimindən sonra Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin baş meydanında yerləşən Miniatür Kitab Müzeyi və Uşaq Kitabxanasına baş çəkiblər. Burada ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunan fotostendə baxış keçirilib. Məktəblilərin təqdimatında ümummilli lider Heydər Əliyevə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.


***

Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri və on minlərlə şəmkirli Şəmkir şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.


***

Gədəbəy rayonunda da xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayon ictimaiyyətinin 3000 nəfərdən çox nümayəndəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.


***

Daşkəsən rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznlü musiqi sədaları altında gül dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Sonra ehsan süfrəsi təşkil olunub.


****

Göygöl rayonunda da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ümumtəhsil məktəblərinin kollektivləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra ehsan süfrəsi açılıb, dualar oxunub.


***

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin vəfatının ildönümü Samux rayonunda da qeyd edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi ulu öndərin adını daşıyan Heydər Parkında ucaldılmış abidənin önünə tər çiçəklər qoyulması ilə başlayıb.

Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıclığını əks etdirən şəkillərə baxıblar. Tədbirin sonunda ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.


***

Goranboy rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla anılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, anım mərasiminə rayon ictimaiyyətinin 8 mindən artıq nümayəndələri qoşulub.

İştirakçıları tərəfindən ümummilli liderin abidəsi önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətə böyük ehtiram nümayiş etdirilib. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və idarəçilik fəaliyyətini əks etdirən eksponantlara baxış keçirilib, videoçarx izlənilib. Daha sonra Heydər Əliyevin adına ehsan süfrəsi təşkil olunub.


***

Ümummilli lider Heydər Əliyevin anım günü Naftalan şəhərində qeyd edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.


***

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin vəfatından 16 il ötür. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisi ilə qeyd edilib.

Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. 

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” adlı filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək sözlərini qeyd ediblər.


***

Tovuz rayonunda ulu öndər Heydər Əliyevin anım mərasimi qeyd olunub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsini yad etmək üçün şəhərin mərkəzindəki Heydər Əliyev meydanında ulu öndərin abidəsi ziyarət olunub. 

Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələri abidəni ziyarət edib, önünə gül və çiçək dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.  

Gün boyu isə axın-axın və qrup şəklində gələn ziyarətçilər müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirib və anım mərasimi davam edib.


***

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin vəfatından 16 il ötür. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisi ilə qeyd edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” adlı filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi