Qazaxıstan Azərbaycanda keçiriləcək Prezident seçkilərinə 49 müşahidəçi göndərəcək

Qazaxıstan Azərbaycanda keçiriləcək Prezident seçkilərinə 49 müşahidəçi göndərəcək Bakı. 3 aprel. REPORT.AZ/ Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək.
Daxili siyasət
3 Aprel , 2018 15:45
Qazaxıstan Azərbaycanda keçiriləcək Prezident seçkilərinə 49 müşahidəçi göndərəcək
Report

Bakı. 3 aprel. REPORT.AZ/ Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

MSK-nın bu gün keçirilən iclasında Azərbaycana gələcək müşahidəçilərin siyahısı formalaşdırılıb. Onlardan ikisi Azərbaycan MSK-nın dəvəti ilə seçkiləri müşahidə edəcək.

Müstəqil Dövlətlər Birliyindən olan müşahidə missiyasının tərkibinə 35 qazaxıstanlı daxildir. Türk Şurasından olan missiyada 2, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri arasında isə 10 qazaxıstanlı olacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi