Yuxarı

"Qaçqınkom"un departament direktoru işdən çıxarılıb

"Qaçqınkom"un departament direktoru işdən çıxarılıb
© Report

Bakı. 30 aprel. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub. 

"Report"un xəbərinə görə, komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib. 

Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi