Yuxarı

"Qaçqınkom" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürdü

"Qaçqınkom" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçür

831

Bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə aparılan geniş miqyaslı mübarizə xalqımızın bu virusun ağır fəsadlarından etibarlı şəkildə qorunmasına yönəlib. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində əhalinin müxtəlif təbəqələrinin fəal iştirak etməsi ictimai həmrəyliyin və dövlət-vətəndaş birliyinin bariz nümayişidir.

"Report" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əməkdaşları da koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək məqsədi ilə bu həmrəylik aksiyasına qoşulublar.

Dövlət Komitəsi və MKSİF əməkdaşların biraylıq əmək haqqının 50 faizini təşkil edən 30 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Əhalinin ən həssas qurplarından olan məcburi köçkünlərlə işləyən komitə əməkdaşları əmindirlər ki, dövlətimizin qətiyyətli addımları, hökumətimizin məqsədyönlü tədbirləri, xalqımızın həmrəyliyi, hər bir vətəndaşımızın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu təhlükəli virusun geniş yayılmasının qarşısı qısa müddətdə alınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi