"Qaçqınkom"da Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom"da Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib Bakı. 8 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) Şuşanın işğalının 26-cı ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Daxili siyasət
8 May , 2018 15:22
Qaçqınkomda Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") Şuşanın işğalının 26-cı ildönümünə həsr olunan anma mərasimi keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. Komitə sədri o zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımi səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini qeyd edib. O bildirib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb, vandalizm aktı həyata keçiriblər.

R.Rzayev Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət barədə danışaraq ölkənin işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar. Şuşa şəhərinin işğalının ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımla yanaşı, xalqımızın mədəniyyətinə qarşı törətdikləri soyqırım olduğunu qeyd ediblər. Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi