"Qaçqınkom"da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

"Qaçqınkom"da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub Bakı. 7 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Daxili siyasət
7 May , 2018 17:37
Qaçqınkomda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

Bakı. 7 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndərin Komitənin foyesində yerləşən büstü önünə gül dəstələri qoyublar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında danışaraq bildirib ki, ulu öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir: "Heydər Əliyev bütün təcrübəsini, siyasi biliklərini ölkəmizin və xalqımızın inkişafına sərf edib".

Komitə sədri ümummilli lider Heydər Əliyevin hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. O qeyd edib ki, bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O deyib ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələlərini əhatə edir. O bildirib ki, ulu öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. R.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək.

Sonra ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi