Yuxarı
    Bağlamaq

    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub - SİYAHI

    Baş Prokurorluğun Kollegiyası 117 gənc hüquqşünasın müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul edib

    Bakı. 8 sentyabr.REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tam aşkarlıq, bərabər imkanlar şəraitində və şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub.

    Respublika Baş Prokurorluğundan "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasında yeni keyfiyyət müstəvisində reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması prokurorluğun kadr tərkibinin dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunmasına dair verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olub. Müsabiqənin birinci və ikinci mərhələlərində müvəffəqiyyət həddini keçərək üçüncü mərhələ olan müsahibəyə buraxılmış namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, hüquqi aktları düzgün tətbiq etmək bacarığına, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, prokurorluqda qulluq keçmək arzuları və hazırda prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, Müsabiqə Komissiyasının təklifinə uyğun olaraq Baş Prokurorluğun Kollegiyası 117 gənc hüquqşünasın müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul edib.

    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 09 sentyabr 2016-cı ildən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi,158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə stajor təyin ediləcəklər.

    Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az və “Qəbul otağı”nda yerləşdirilib.

    Əlavə məlumat almaq üçün 492-06- 82, 492-62- 23 və 437-28- 56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

    Prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı:

    Abbasova Nazlı Azər qızı     

    Abdullayev Coşqun Şamil oğlu

    Abuzərli Eldar Munis oğlu Ağabəyov Nicat Rauf oğlu Ağalarov Elşad Əli oğlu Ağayev Elşad Tahir oğlu Ağazadə Ramiz Rasim oğlu Allahverdiyev Allahşükür İslam oğlu Babayev Ramiq Tahir oğlu Babazadə Ruslan Allahverdi oğlu Bağırova Pərvin Əhliman qızı Bağırzadə Nəriman İbrahim oğlu Bayramov Ülvi İsaxan oğlu Bayramova Pərvanə Vidadi qızı Bəşirli Elvin Elçin oğlu Bəylərov Vüsal Pərviz oğlu Cabbarlı Bəhruz Qənbər oğlu Cabbarlı Elşən Firidun oğlu Cəbrayılov Elgün Gündüz oğlu Eminov Rizvan Tofiq oğlu Eyvazov Nicat Lütfəli oğlu Əfəndiyeva Ədilə Səttar qızı Əhmədov Vasif Maarif oğlu Əliyev Elturan Həsən oğlu Əliyev Mirkamal Bədəl oğlu Əliyev Nural Turab oğlu Əlizadə Elmir Nabil oğlu Əmirxanov Cəlal Arif oğlu Əmirli Nihad Telman oğlu Əmirov Fərid İlqar oğlu Əsədov Anar Varis oğlu Əzizli Əbdülsəməd Rəhbər oğlu Familzadə Selcan Natiq qızı Fərəcov Şirxan Şirməmməd oğlu Gülməmmədli Rəşad Nüsrət oğlu Hacıyev Asiman Sani oğlu Hacıyev Saleh Ruslan oğlu Həmidli Fərman Fəzail oğlu Həsənov Elvin İsmixan oğlu Həsənov Əsgər Novruz oğlu Həsənov Süleyman Ziyafət oğlu Hüseyinov Rüstəm Etibar oğlu Hüseynquliyeva Mədinə İbrahim qızı Hüseynli Rəhim Məhərrəm oğlu Hüseynli Tural Mirbahəddin oğlu Hüseynov Kənan Qurban oğlu Hüseynov Nahid Nəsir oğlu Hüseynsoy Elçin Ramiz oğlu Xəlilov Fərid Aqil oğlu İbrahimli Rahim Adif oğlu İsgəndərli Aqil Səhman oğlu İsgəndərli Anar Niyazi oğlu İsgəndərli Rauf Eldar oğlu İskəndərov İsbəndiyar Abdulla oğlu K.Səfərli Elşən Eldar oğlu Qayıbov Ayaz Mehman oğlu Qocaman Ələsgər Rəşad oğlu Qurbanlı Cabir Sabir oğlu Qurbanov Cahangir Çingiz oğlu Mahmudov Araz Arif oğlu Mahmudov Hikmət Fərhad oğlu Maqsudov Tural Musa oğlu Məhərrəmov Emil Adilşah oğlu Məmmədli İsmayıl Xələf oğlu Məmmədli Sahil Rəfail oğlu Məmmədov Abdulla Elşad oğlu Məmmədov Asif Məhərləm oğlu Məmmədov Azər Fərmail oğlu Məmmədov Məhərrəm Qəşəm oğlu Məmmədov Natiq Bayram oğlu Məmmədov Səbuhi Dilqam oğlu Məmmədov Şahin Asif oğlu Məmmədov Yaqub Mehman oğlu Mikayılov Elman Telman oğlu Mirişova Səidə Zahir qızı Mirzəyev Məhəmmədşah Rövşən oğlu Muradov Sərxan Səttar oğlu Musayev İlkin İlham oğlu Musayev İsmayıl İlham oğlu Musayev Pərviz Ramiz oğlu Musayev Tural Səmid oğlu Mustafayev Hüseyn Hidayət oğlu Mürsəlov Oruc Qinyaz oğlu Müslümov Bəhruz Firizman oğlu Nağıyev Bəhmən Mehman oğlu Nağıyev Nicat Məhəbbət oğlu Nəcəfov Coşqun İxtiyar oğlu Nərimanlı Nəriman Nazim oğlu Nəsimiyev İsmət Aydın oğlu Nəzərov Kənan İsabala oğlu Novruzov Elxan Mirzəli oğlu Nuriyev Tural Ənvər oğlu Ocaqverdiyev Pərvin Maqsud oğlu Paşayev Zamir Zal oğlu Piriyev Fuad Fəzahim oğlu Rahmanov Nurlan Nəhmət oğlu Sadıqov Tamerlan Adil oğlu Sadıqova Fidan Vaqif qızı Sadıqzadə Şahmurad Vidadi oğlu Səmədzadə Ləman Nemət qızı Süleymanlı Elvin Şahbaz oğlu Süleymanlı Kənan Tahir oğlu Süleymanova Günay Tofiq qızı Şahniyarlı Asəf Arif oğlu Şərifov Rufan Anar oğlu Tağıyev Araz Xəqani oğlu Tağıyev İsa Elman oğlu Teymur-zadə Elvin Rasif oğlu Verdiyev Zöhrab Ədalət oğlu Vəliyev Fuad Namizəd oğlu Vəliyev Orxan İlham oğlu Vəliyev Təqan Eldar oğlu Vəlizadə Ramin Ramiz oğlu Yaqubov Tural Eldar oğlu Zakirzadə Babək Yamən oğlu Zeynalov Rüstəm Nazim oğlu Zülfüqarov Teymur Şavan oğlu
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi