Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur"

Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" Bakı. 22 iyun. REPORT.AZ/ “Azərbaycanda QHT sektorunda 30 mindən artıq insan çalışır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, xaricdən gələn təhlükələrə sinə gərirlər. Həmin QHT-lər siyasi partiyalardan az fayda vermirlər”.
Daxili siyasət
22 İyun , 2018 19:33
Prezidentin köməkçisi: Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur
Report/Elçin Murad

Bakı. 22 iyun. REPORT.AZ/ “Azərbaycanda QHT sektorunda 30 mindən artıq insan çalışır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, xaricdən gələn təhlükələrə sinə gərirlər. Həmin QHT-lər siyasi partiyalardan az fayda vermirlər”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.

O, bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib: “Amma həmin QHT-lərin sayı çox deyil. Sevindirici haldır ki, QHT-lərin 99 faizi Azərbaycan dövlətinə sadiqdir, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”.

Son xəbərlər

Orphus sistemi