Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək

Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək Bununla bağlı "Pasportlar haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir
Daxili siyasət
16 May , 2017 13:11
Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək.

"Report"un xəbərinə görə, bununla bağlı "Pasportlar haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir. Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Həmin siyahıya əsasən, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilir.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığından onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi