Yuxarı

Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb

Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 17 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbər verir ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi