Prezident ümummilli lider Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib

Prezident ümummilli lider Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Daxili siyasət
25 Avqust , 2018 21:46
Prezident ümummilli lider Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

“Report” xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ətrafında, o cümlədən rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Son xəbərlər

Orphus sistemi