Yuxarı

Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 871 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə “Report”a MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O bildirib ki, bunlar 58 beynəlxalq təşkilat olmaqla, 59 ölkəni təmsil edirlər.

Şöbəsinin müdiri deyib ki, ölkə üzrə ümumilikdə 57 min 534 müşahidəçi qeydiyyatdan keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi