Yuxarı

Prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb

Prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb
© Report

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib ki, ümumilikdə, 5 milyon 347 min 803 bülleten çap olunacaq.

İclasda çap olunacaq bülletenlərin mətni, forması, hazırlanması qaydası müzakirə olunub, müvafiq qərar qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi