Yuxarı

Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB
Dövlət başçısı konfransda giriş nitqi söyləyib

Bakı. 29 yanvar. REPORT.AZ/ Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.

Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyir.


*** 09:33

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi