Prezident Naxçıvan Nazirlər Kabinetinə 5 milyon manat ayırıb

Prezident Naxçıvan Nazirlər Kabinetinə 5 milyon manat ayırıb Dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
20 May , 2016 18:13
Prezident Naxçıvan Nazirlər Kabinetinə 5 milyon manat ayırıb

Bakı. 20 may. REPORT.AZ/ Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının Babək rayonunun otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işlərinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi