Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb Bakı. 27 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
27 Avqust , 2018 17:14
Prezident İsmayıllı İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi