Prezident İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb - YENİLƏNİB Görüşdə təltifetmə mərasimi olub
Daxili siyasət
23 Sentyabr , 2016 11:55
Prezident İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb - YENİLƏNİB

*** 10:23

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

“Report”un xəbərinə görə, dövlət başçısı görüşdə çıxış edib.

Sonra təltifetmə mərasimi olub.

Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edilib.

Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb. 

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev, “Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə Əliyeva, cüdo komandasının baş məşqçisi İbrahim İbrahimov, XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil Qasımov Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Son xəbərlər

Orphus sistemi