Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər
Daxili siyasət
12 Dekabr , 2014 10:19
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə onun məzarını ziyarət edib. "Report"un məlumatına görə, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Ziyarət mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi