Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib Dəyişiklik polislərə terrorçuluq və ya dini ekstremizmlə mübarizədə silahdan istifadəyə icazə verir
Daxili siyasət
5 Dekabr , 2015 20:05
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Preziden İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Prezident aktlarının “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamla “Polis haqqında” qanunun 26-cı maddəsinin IV hissəsində aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilib:

“5-1) terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda;”.

Son xəbərlər

Orphus sistemi