Prezident İlham Əliyev Niderland Krallığının iqtisadi işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderland Krallığının iqtisadi işlər nazirini qəbul edib Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Daxili siyasət
11 May , 2016 11:26
Prezident İlham Əliyev Niderland Krallığının iqtisadi işlər nazirini qəbul edib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report" xəbər verir ki, Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Azərbaycanda və paytaxt Bakıda aparılan quruculuq işlərinin, tarixi memarlıq nümunələri ilə vəhdət təşkil edən müasir binaların onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib. 

Henk Kamp iki ölkə arasındakı əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirib. O, Azərbaycanda Niderland şirkətləri üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Dövlət başçısı Azərbaycan ilə Niderland arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkədə xarici şirkətlərin, o cümlədən Niderland şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını bildirib. 

Paytaxtda nadir memarlıq abidələrinin qorunduğunu vurğulayan Prezident İlham Əliyev Füzuli küçəsindəki tarixi binanın yerinin Niderland şirkəti tərəfindən dəyişdirildiyini qeyd edib.

Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi