Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edib

Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edib Dövlət başçısı bildirib ki, bu məsələdə heç kimə güzəşt olmayacaq və bundan hamı nəticə çıxarmalıdır
Daxili siyasət
12 İyul , 2017 14:38
Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev deyib ki, dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməlidirlər. 

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi