Prezident İlham Əliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib Səfirin diplomatik fəaliyyəti başa çatıb
Daxili siyasət
1 May , 2015 14:26
Prezident İlham Əliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 1 may. REPORT.AZ/ Prezident İlham Əliyev mayın 1-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. "Report" xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirilib, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb və münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Son xəbərlər

Orphus sistemi