İlham Əliyev Hindistan xalqını təbrik edib

İlham Əliyev Hindistan xalqını təbrik edib Dövlət başçısı hindistanlı həmkarına təbrik məktubu ünvanlayıb
Daxili siyasət
24 Yanvar , 2015 20:05
İlham Əliyev Hindistan xalqını təbrik edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, dövlət başçısının məktubunda bildirilir:

"Hörmətli cənab prezident, Hindistanın milli bayramı – Respublika günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi