Prezident İlham Əliyev hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar
Daxili siyasət
2 Sentyabr , 2015 18:43
Prezident İlham Əliyev hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi