Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb Bakı. 9 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
9 Aprel , 2018 19:13
Prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb

Bakı. 9 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır. 

Sərəncamla gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli fərmanına əsasən, yaradılıb.

Son xəbərlər

Orphus sistemi