Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib - SİYAHI

Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib - SİYAHI Onlardan biri polis polkovniki Emil Ramil oğlu Usubovdur
Daxili siyasət
29 İyun , 2017 16:03
Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib - SİYAHI

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

Polis polkovniki Arzu Arif oğlu Daşdəmirov, polis polkovniki Emil Ramil oğlu Usubov, polis polkovniki Oqtay Əsgər oğlu Kərimov və polis polkovniki Səfər Hüseyn oğlu Əliyev. 

Son xəbərlər

Orphus sistemi