Prezident İlham Əliyev: "Bütün dünya azərbaycanlıları bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır"

Prezident İlham Əliyev: "Bütün dünya azərbaycanlıları bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır" "Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir"
Daxili siyasət
1 Yanvar , 2017 02:27
Prezident İlham Əliyev: Bütün dünya azərbaycanlıları bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır

Bakı. 1 yanvar. REPORT.AZ/ "2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit-pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun"

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: "Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır".

Son xəbərlər

Orphus sistemi