Prezident İlham Əliyev: "Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır"

Prezident İlham Əliyev: "Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır" Dövlət başçısı: "Xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır"
Daxili siyasət
12 İyul , 2017 14:47
Prezident İlham Əliyev: Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır

Bakı. 12 iyul. REPORT.AZ/ "Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib".

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir”, - Prezident qeyd edib.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını, ölkəmizdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır: "Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur".

Son xəbərlər

Orphus sistemi